Son bir həftə ərzində vətəndaşların kartlarından 300 min manata yaxın pul oğurlanıb.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatlara əsasən, aprelin 7-dən 13-dək (1 həftə ərzində) ümumilikdə 284 min 528 manat və 595 dollar pul vətəndaşların kartlarından oğurlanıb.
Daxili İşlər Nazirliyi bir müddətdir vətəndaşlara müraciət edərək kart məlumatlarını heç kim ilə bölüşməməklə bağlı çağırışlar edir:
Çağırışlarda deyilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
Daxili İşlər Nazirliyinin davamlı çağırışlarından sonra kibertalamalarla bağlı vəziyyət azalma müşahidə olunur və çağırışlarla bağlı fəaliyyət müsbət nəticələr verir.
Statistikaya görə, aprelin 7-də vətəndaşların kartlarından 67 min manata yaxın pul oğurlanıb. Aprelin 13-də isə məbləğ 13 min 818 manata qədər azalıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:14 / 15.04.2025
Son bir həftədə vətəndaşların kartlarından 300 min manata yaxın pul OĞURLANIB
Hazırda oxunan: Son bir həftədə vətəndaşların kartlarından 300 min manata yaxın pul OĞURLANIB
Hazırda oxunan: Son bir həftədə vətəndaşların kartlarından 300 min manata yaxın pul OĞURLANIB
244276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.