“Atalanta” İtaliya A seriyasının 32-ci turunun “Bolonya” ilə oyununda ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Sead Kolaşinats zədə alıb.
31 yaşlı bosniyalı futbolçunun dizində ön çarpaz bağın yırtılması və xarici menisküsün radial yırtığı aşkar edilib. Onun ən azı 5-6 ay meydana çıxa bilməyəcəyi gözlənilir.
Qeyd edək ki, Kolaşinats bu mövsüm “Atalanta”nın heyətində 34 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:29 / 15.04.2025
Kolaşinats uzun müddət OYNAMAYACAQ
Hazırda oxunan: Kolaşinats uzun müddət OYNAMAYACAQ
Hazırda oxunan: Kolaşinats uzun müddət OYNAMAYACAQ
244170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.