Samur gömrüyündə TIR BÖHRANI: - Rusiya gömrükçüləri azərbaycanlılara nə deyib?

Samur gömrüyündə TIR BÖHRANI: - Rusiya gömrükçüləri azərbaycanlılara nə deyib?

Hazırda oxunan: Samur gömrüyündə TIR BÖHRANI: - Rusiya gömrükçüləri azərbaycanlılara nə deyib?

24409

Azərbaycanla Rusiya sərhəddində hələ ki, yük maşınlarının sıxlığı davam edir. 

Xatırladaq ki, Rusiya tərəfindən tətbiq olunan keçid qaydalara görə, Samur gömrük postunda uzun növbə yaranıb. Əsasən kənd təssərrüfatı məhsullarının qonşu ölkəyə daşınmasını həyata keçirən TIR maşınlarının hətta 10 günə qədər növbədə gözləməli olduğu bildirilirdi. Müəyyən günlərdə postda 1700-dək maşın növbəsi yaranıb. Bu isə fermerlərə ciddi ziyan vurub. 
 

MÖVZU İLƏ BAĞLI:

Sərhəddə TIR-ların sayı artır - Rusiyanın Azərbaycandan TƏLƏBİ NƏDİR?

 
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov Bizim.Media-ya açıqlamasında bildirib ki, Rusiya Federasiyasının aidiyyəti qurumları ilə aparılan mütəmadi danışıqlar nəticəsində qarşı tərəf gün ərzində gömrük sərhədindən keçən nəqliyyat vasitələrinin sayını 400-ə qədər artırıb: 

“Hazırda Samur gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gömrük-keçid məntəqəsinin qarşısında yük nəqliyyat vasitələrinin sayı 1500-dən 700-ə qədər azalıb. Samur gömrük postundan verilən məlumata görə, Rusiya tərəfində yerləşən gömrük postu bu rejimdə fəaliyyətini davam etdiyi təqdirdə yaxın 3-4 gün ərzində sıxlıq tam aradan qaldırılacaq”.

Qeyd edək ki, daha əvvəl Rusiya tərəfindən yalnız 200 nəqliyyat vasitəsinin keçidinə icazə verilirdi.

Millət vəkili Vahid Əhmədov da Bizim.Media-ya açıqlamasında Samur gömrük məntəqəsində problemin yoluna qoyulduğunu bildirib: 

“Məlumat almışam ki, iki ölkənin gömrük idarələri arasında danışıqlar aparılıb və məsələlər yoluna qoyulub. Vaxtaşırı bu məsələdən təzyiq rıçağı kimi istifadə edirlər. Azərbaycanın dövlət başçısı müstəqil siyasət aparan bir insandır, bir çox ölkə rəhbərləri bunu qəbul etmək istəmir. Təzyiq üsullarından biri də gömrük postlarında problem yaratmaqdır. Amma indi rəsmi formada cavab almışam ki, anlaşma əldə edilib”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO