Osman Hüseynov Rusiyada belə saxlanıldı - VİDEO

Osman Hüseynov Rusiyada belə saxlanıldı - VİDEO

Hazırda oxunan: Osman Hüseynov Rusiyada belə saxlanıldı - VİDEO

243880

Rusiyada azərbaycanlı icmasının rəhbəri Osman Hüseynov Yaroslavl yaxınlığında saxlanılıb.

Bizim.Media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, miqrantların qondarma qeydiyyatını təşkil etməkdə şübhəli bilinir.

Rusiya Yaroslavl vilayəti üzrə istintaq idarəsi Cinayət Məcəlləsinin 322.3-cü maddəsi-“Əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə saxta qeydiyyata alınması ilə cbağlı inayət işi açıb və araşdırma aparılır.

Qeyd edək ki, bu cür əməllər yeni qanunvericiliyə görə ciddi qanun pozuntusu hesab olunur.
 

Yaroslavl vilayətinin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Osman Hüseynov Tacikistan və Özbəkistandan olan qeyri-qanuni mühacirlərin qeydiyyatını təşkil edib.


İddia olunur ki, azərbaycanlı diaspora lideri bunun müqabilində bəzilərindən pul alıb, bəzilərini isə qanunsuz işlədib. Yaroslavl regional Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatı 1999-cu ildə yaradılıb. O, Yaroslavl şəhəri, Uritskoqo küçəsi 47 ünvanında qeydiyyatdadır. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO