ABŞ-İran danışıqlarının 2-ci raundu aprelin 19-da keçiriləcək

ABŞ-İran danışıqlarının 2-ci raundu aprelin 19-da keçiriləcək

Hazırda oxunan: ABŞ-İran danışıqlarının 2-ci raundu aprelin 19-da keçiriləcək

243795

ABŞ-İran danışıqlarının ikinci raundu növbəti, ikinci mərhələsi aprelin 19-da Omanda eyni səviyyədə baş tutacaq.

Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirib.

"Danışıqların ikinci raundunun gələn həftə, şənbə günü baş tutacağı ilə bağlı razılıq əldə olunub. Hər şey eyni səviyyədə, həmçinin Omanda baş tutacaq, lakin bir az fərqli yerdə", - o deyib.

Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri tezliklə razılığa gəlməyə can atırlar və “danışıqlar naminə danışıqlar aparmaq istəmirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO