Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan və İran nümayəndə heyətləri Zəngilanda və Naxçıvanda yol və elektroenergetika sahəsində birgə layihələrə baxış keçiriblər.
Bizim.Media xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvanı birləşdirəcək Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsündə olublar.
Ş.Mustafayev bildirib ki, bu körpü Azərbaycanın əsas ərazisi Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvanı birləşdirən ən qısa yol olacaq. Körpü Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Fars körfəzi ilə Qara dənizi birləşdirən ən əlverişli marşrut olacaq.
Tikintinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən körpüdən “AzTV”nin lentə aldığı son görüntüləri təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:46 / 12.04.2025
Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpüdən ən yeni VİDEO
Hazırda oxunan: Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpüdən ən yeni VİDEO
Hazırda oxunan: Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpüdən ən yeni VİDEO
243716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.