Gəncədə iki nəfərin mübahisəsi sonda qanla bitib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
1991-ci il təvəllüdlü Rəşad Nəsrullayev bədəninin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. O dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin versiyaya görə, R. Nəsrullayevi orta məktəbdə birlikdə təhsil aldığı sinif yoldaşı bıçaqlayıb.
Mübahisənin hansı səbəbdən yarandığı hələlik məlum deyil.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:30 / 12.04.2025
Gəncədə keçmiş sinif yoldaşlarının mübahisəsi QANLA BİTDİ
Hazırda oxunan: Gəncədə keçmiş sinif yoldaşlarının mübahisəsi QANLA BİTDİ
Hazırda oxunan: Gəncədə keçmiş sinif yoldaşlarının mübahisəsi QANLA BİTDİ
243714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.