Atası usta, anası evdar qadın olan Qəbələ məktəblisinin UĞUR HEKAYƏSİ - FOTO

Atası usta, anası evdar qadın olan Qəbələ məktəblisinin UĞUR HEKAYƏSİ - FOTO

Hazırda oxunan: Atası usta, anası evdar qadın olan Qəbələ məktəblisinin UĞUR HEKAYƏSİ - FOTO

243634

Qəbələnin Uludaş kəndində ötən gündən hamı sevinc içindədir. Bu kəndin, buradakı təhsil ocağının yetirməsi ölkədə böyük bir uğura imza atıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Uludaş kənd tam orta məktəbinin şagirdi Ömər Rəsulov buraxılış imtahanında maksimum nəticə göstərib.

Onu müəllim kollektivi, şagirdlər təbrik ediblər və növbəti imtahanda da uğur diləyiblər.

Qəbələ məktəblisi Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, o hələ 5-6-cı siniflərdə oxuyanda özünə söz verib ki. dərs əlaçısı kimi öndə olacaq və gələcəkdə bu fəallığını davam etdirib yüksək nəticə ilə universitetə daxil olacaq.

Atası usta, anası evdar qadın olan Ömər deyir ki. artıq uğura gedən yolun ilk mərhələsində istəyinə, arzusuna çatıb. Bu nəticəsi barədə o təxmin etsə də yenə heç kimə hətta ailəsinə belə bir kəlmə deməyib, tərəddüd edib.

Ömər indi qarşıdakı blok imtahanlarına daha səylə və ciddi hazırlaşır. Gələcək planları barədə danışarkən deyir ki, məqsədi ADA ya da Bakı Ali Neft məktəbində təhsilini ingilis dili üzrə davam etdirmək və informasiya təhlükəsizliyi üzrə mütəxəssis kimi yetişməkdir.

O, qarşısına qoyduğu məqsədə nail olmaq üçün bütün imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Bu işdə müəllimləri, ailəsi Ömərə hər cür dəstək göstərirlər.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO