"Çəhrayı Ay" bu tarixdə yer üzərində PARLAYACAQ

"Çəhrayı Ay" bu tarixdə yer üzərində PARLAYACAQ

Hazırda oxunan: "Çəhrayı Ay" bu tarixdə yer üzərində PARLAYACAQ

243624

Şimal yarımkürəsində ilk bahar dolunayı 12 aprel tarixində müşahidə olunacaq. Beləliklə Yer üzərində "Çəhrayı Ay" görünəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.
 

Ay, atmosfer hadisələri səbəbilə müvəqqəti olaraq çəhrayı rəng ala bilər, lakin aprel dolunayının bu adı almasında əsas səbəb bu deyil.


Tarixən bu ad Şimali Amerikanın şərqində bitən Phlox subulata (həmçinin iynəyarpaqlı və ya çəhrayı mamır adlandırılan bir bitki) adlı çiçəkli bitkinin şərəfinə verilib.

Bundan əlavə, dolunaya tez-tez "Pasxa Ayı" da deyilir, çünki Pasxa bayramının tarixinin müəyyən edilməsində bu dolunay mühüm rol oynayır. Bu il Pasxa 20 aprelə təsadüf edir. (Baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO