Gəncədə işdən çıxarılan qadın qolunu kəsərək özünə xəsarət yetirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə GDU-nun dəftərxanasının əməkdaşı olan G.Məmmədova xəbərsiz işdən çıxarılması səbəbindən özünə xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:36 / 11.04.2025
Gəncə Dövlət Universitetində İNSİDENT: 37 yaşlı qadın özünə xəsarət yetirdi
Hazırda oxunan: Gəncə Dövlət Universitetində İNSİDENT: 37 yaşlı qadın özünə xəsarət yetirdi
Hazırda oxunan: Gəncə Dövlət Universitetində İNSİDENT: 37 yaşlı qadın özünə xəsarət yetirdi
243527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.