Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevə ağır itki üz verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, onun anası Nişanə Əliyeva vəfat edib.
Mərhumla bu gün saat 9-da Sumqayıtda vida mərasimi olacaq. Mərhum Samux qəbiristanlığında dəfn ediləcək.
Dəfn mərasimi bu gün saat 16.00-17.00 arasında Samux qəbiristanlığında baş tutacaq. Yas mərasimi isə 12 və 13 aprel tarixlərində Samux şəhərində saat 15:00-22:00 arasında keçiriləcək.
Allah rəhmət eləsin!
Bizim.Media