2030-ci il Olimpiadası bu ölkədə keçiriləcək

2030-ci il Olimpiadası bu ölkədə keçiriləcək

Hazırda oxunan: 2030-ci il Olimpiadası bu ölkədə keçiriləcək

243416

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2030-cu il Olimpiadasının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə BOK-un icraçı direktoru Kristof Dubi məlumat paylaşıb.

Beynəlxalq Olimpiya Komitəsi oyunların keçirilməsi hüququnu şərti olaraq Fransaya həvalə etmişdi. Müqavilənin imzalanması dövlət zəmanətinin verilməsindən sonra mümkün olub.

"2030-cu il Qış oyunlarının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb", - deyə Dubi bildirib.

2030-cu il Qış Olimpiya Oyunları Fransanın iki regionunda keçiriləcək: Overn-Rona-Alp dağları və Provans-Alp-Cot d'Azur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO