Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal təkbaşına uşaq böyütməsindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib.
Röyal qeyd edib ki, ondan həmişə bu haqda soruşurlar:
“Bəzən insanlar sual verirlər ki, uşağı tək böyütməkdə çətinlik çəkmirsən? İnanın ki, əslində Zəhra mənə baxır desək, daha gözəl olar”.
Qeyd edək ki, xərçəngdən dünyasını dəyişən aktrisanın bir qız övladı var.
Sara, Bizim.Media