“Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Bu günə qədər iki ölkənin yüksəksəviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:49 / 09.04.2025
“İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik” – İlham Əliyev
Hazırda oxunan: “İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik” – İlham Əliyev
Hazırda oxunan: “İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik” – İlham Əliyev
243194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.