“İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun” – Azərbaycan Prezidenti

“İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun” – Azərbaycan Prezidenti

Hazırda oxunan: “İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun” – Azərbaycan Prezidenti

243188

“Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, - deyən dövlətimizin başçısı əlavə edib:

“İstərdik ki, bu təşkilat (Türk Dövlətləri Təşkilatı – red.) daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO