Məşhur aktyor AZADLIQDA

Məşhur aktyor AZADLIQDA

Hazırda oxunan: Məşhur aktyor AZADLIQDA

243177

Bu gün məşhur rusiyalı aktyor Mixail Yefremov məhkəmənin şərti-vaxtından əvvəl azad edilmə qərarı ilə Belqorod vilayətindəki 4 saylı islah koloniyasından azad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə aktyorun vəkili Yuri Padalko Msk1.ru-ya bildirib.
 

Onun sözlərinə görə, vaxtından əvvəl azad edilmənin səbəbi Yefremovun səhhətinin ciddi şəkildə pisləşməsi olub.


Xatırladaq ki, Mixail Yefremov 2020-ci ilin iyun ayında Moskvanın mərkəzində törətdiyi ölümlə nəticələnən yol qəzasına görə 7.5 il azadlıqdan məhrum edilmişdi. Aktyor spirtli içki təsiri altında olarkən yolsuzluq avtomobili ilə qarşı zolağa çıxmış və furqonla toqquşmuşdu. Qəza nəticəsində furqonun sürücüsü ağır xəsarətlər almış və reanimasiyada vəfat etmişdi.

İlkin olaraq Moskvanın Presnenski məhkəməsi Yefremovu səkkiz il koloniya cəzasına məhkum etmiş, lakin sonradan Moskva Şəhər Məhkəməsi, aktyorun həlak olanın ailəsinə mənəvi zərəri tam ödədiyini nəzərə alaraq, cəzanı 7.5 ilə endirmişdi. Ümumilikdə Mixail Yefremov həbsdə 4.5 il keçirib.

Vəkil Yuri Padalkonun bildirdiyinə görə, Mixail Yefremovda xroniki obstruktiv ağciyər xəstəliyi diaqnozu qoyulub, bu da daimi öskürək, təngnəfəslik və ümumi zəiflik şəklində özünü göstərir. Ciddi sağlamlıq problemləri səbəbindən aktyor üçün hərəkət etmək və danışmaq çətinləşib.

2025-ci il martın 24-də Belqorod vilayətinin Alekseyevski Rayon Məhkəməsi müdafiə tərəfinin vəsatətinə baxaraq, Mixail Yefremovun şərti-vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edib. Cəzasının qalan hissəsini, yəni 3.5 ili, aktyor hüquq-mühafizə orqanlarının nəzarəti altında evdə keçirəcək. Ona yaşadığı yer üzrə polis və ya Cəzaların İcrası Federal Xidmətinin Baş İdarəsində mütəmadi olaraq qeydiyyatdan keçmək tapşırılıb. Bundan əlavə, məhkəmə Yefremovu avtomobil idarə etmək hüququndan məhrum edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO