ABŞ-ın SON AÇIQLAMALARI - Prezidentlərin görüşü nəyi dəyişəcək?

ABŞ-ın SON AÇIQLAMALARI - Prezidentlərin görüşü nəyi dəyişəcək?

Hazırda oxunan: ABŞ-ın SON AÇIQLAMALARI - Prezidentlərin görüşü nəyi dəyişəcək?

24316

“ABŞ prezidenti Co Bayden türkiyəli və rusiyalı həmkarlarıyla ayrı-ayrılıqda görüşəcək. Bu görüşlərə diqqət böyük olsa da, bir görüşlə ABŞ-Türkiyə və ABŞ-Rusiya münasibətlərindəki dərin problemlərin həll olunacağını gözləmək əbəsdir”.

Bizim.Media xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib: 

“Bu cür görüşlər nəticə üçün əvvəlcədən ciddi niyyət olanda problemlərin həllini yaxınlaşdırır. Hazırda isə Amerikanın müxtəlif məsələlərdə nə Rusiyaya, nə də Türkiyəyə güzəşt etmək fikri var. 
 

MÖVZU İLƏ BAĞLI:

İsveçrə Xarici İşlər Nazirliyi Putin və Baydenin görüş yerini açıqladı - FOTO


Prezidentlərin görüşlərində müxtəlif – Suriyadan və raketlərdən tutmuş Ukraynaya qədər mövzular müzakirə olunacaq, Qarabağ və sərhəd mövzusu barədə sadəcə bir neçə kəlməlik fikir mübadiləsi mümkündür. Türkiyə və Rusiya prezidentləri amerikalı həmkarıyla ümumiyyətlə Cənubi Qafqazı müzakirə etməyə həvəsli deyillər.

Müharibə bitdikdən sonra Amerikanın gur səslə “mən də Qarabağda olmaq istəyirəm” çağırışına bizim də müsbət cavablandırmağa həvəsimiz yoxdur.

Doğrudur, Bakıda olan amerikalı diplomatın “minalanmış xəritələr verilməlidir” açıqlamasını müsbət qarşıladıq, ancaq bunun ardınca onun “həmsədrlər fəaliyyətlərinə davam etməlidirlər” fikri bizdə haqlı suallar doğurdu”.

Politoloq qeyd edib ki,  buna baxmayaraq, Azərbaycanın ABŞ-la enerji və təhlükəsizlik (NATO çərçivəsində) sahəsində əməkdaşlığı davam etməlidir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO