Bakıda ağır QƏZA: Vətən müharibəsi iştirakçısını avtobus vurub öldürdü – FOTO/VİDEO

Bakıda ağır QƏZA: Vətən müharibəsi iştirakçısını avtobus vurub öldürdü – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda ağır QƏZA: Vətən müharibəsi iştirakçısını avtobus vurub öldürdü – FOTO/VİDEO

243153

Dünən paytaxtın Yasamal rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Q.Məmmədov idarə etdiyi “Mercedes Ateco” markalı avtobusla Yeni Yasamal ərazisindən keçən Kənar dairəvi yolda piyada Həsənov Məhəbbət Əkrəm oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 

Məlumata görə, faciəvi şəkildə ölən piyada Vətən müharibəsi iştirakçısı olub və 25 il hərbi xidmət göstərib. Baş gizir rütbəsi daşıyan M.Həsənov bir müddət əvvəl ehtiyata buraxılıb. O, müharibədən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilibmiş.


Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO