Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq VƏFAT ETDİ

Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq VƏFAT ETDİ

Hazırda oxunan: Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq VƏFAT ETDİ

242951

Yardımlı rayonu, Peştəsər kənd sakini, 62 yaşlı Ədalət Qasımov mal-qara otararkən təxminən 200 metr hündürlüyü olan qayalıqdan yıxılıb. 

Bizim.Media xəbər verir ki, o, ağır bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ədalət Qasımov xəstəxanada dünyasını dəyişib.

Mərhumun meyiti daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO