Müğənni Ceyhun Qala həmkarı Nəfəsi sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Afaqla onlar” verilişində danışıb.
O, Xalq artisti Röya Ayxanın mahnısını oxuyan Nəfəsin ifasına irad bildirib:
“Qarşıma çıxdı, Röya Ayxanın mahnısını Nəfəs oxuyub. Görün nə qədər fərq var, mahnını nə günə salıb! Ona o qədər əziyyət çəkilib. Onu oxumaq məsələsi var.
Demirəm, pis oxuyub, öz janrında səsləndirib. Özü bilər. Amma Röya yüksək səviyyədə ifa edibsə, o demək deyil ki, hamı onun kimi oxumalıdır. Onu klassik estrada janrında oxumalıdır.
Zövqlər fərqlidir. Biz bunu müzakirə etmişik, sonuncu mahnısı – “Elə bilmə”ni oxuyub. Səs tembri başqadır, ifa etmək başqa!”
Sara, Bizim.Media