Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində tədbirlər keçirilir - FOTO

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində tədbirlər keçirilir - FOTO

Hazırda oxunan: Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində tədbirlər keçirilir - FOTO

242884

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi” treninqi və “Hərbi dənizçilik sahəsi üzrə ingilis dilində radioəlaqə” mövzusunda seminar keçirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Milli Müdafiə Universitetinin (MMU) və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim və zabit heyətinin iştirakı ilə keçirilən tədbirlər “Fəal Təlimdə Qiymətləndirmə” modulunun üçüncü mərhələsini əhatə edir.


Tədbirlərin məqsədi iştirakçıların pedaqoji bacarıqlarını, tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini daha da artırmaq və beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

NATO proqramı çərçivəsində keçirilən tədbirlər aprelin 11-dək davam edəcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO