Goranboyda bir gündə sahibsiz itlər iki sakini dişlədi

Goranboyda bir gündə sahibsiz itlər iki sakini dişlədi

Hazırda oxunan: Goranboyda bir gündə sahibsiz itlər iki sakini dişlədi

242652

Goranboyda sahibsiz itlərin insanlara hücumu ilə bağlı ikinci fakt qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu dəfə rayonun Xan Qərvənd kəndində sahibsiz itlər 1956-cı il təvəllüdlü kənd sakini Feruz Muradova hücum edib.

Nəticədə 69 yaşlı kişi it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, bu gün gecə saatlarında daha bir rayon sakini, 64 yaşlı Müşgünaz Qəribova da it dişləməsi diaqnozu ilə xəstəxanaya gətirilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO