Bu gün "Qarabağ" "Zirə" ilə qarşılaşacaq

Bu gün "Qarabağ" "Zirə" ilə qarşılaşacaq

Hazırda oxunan: Bu gün "Qarabağ" "Zirə" ilə qarşılaşacaq

242634

Bu gün Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə" ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.

Ağdam təmsilçisi 67 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikinci yerdədir.
 

Turun digər matçında "Sabah" "Kəpəz"i sınağa çəkəcək. Saat 17:00-da start götürəcək görüş “Bank Respublika Arena” da reallaşacaq.


Paytaxt təmsilçisi 36 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 24 xalı olan gəncəlilər doqquzuncu pillədə yer alıb.

Qeyd edək ki, turun açılış qarşılaşamasında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO