“Qarabağ”ın icarəsində olan meydançada YENİLƏNMƏ - FOTO

“Qarabağ”ın icarəsində olan meydançada YENİLƏNMƏ - FOTO

Hazırda oxunan: “Qarabağ”ın icarəsində olan meydançada YENİLƏNMƏ - FOTO

242281

Uzunmüddətli icarə əsasında "Qarabağ" akademiyasının istifadəsində olan "Sərhədçi" İdman Mərkəzinin futbol meydançasının işıqlandırma sistemi klub tərəfindən müasirləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Ənənəvi halogen əsaslı projektor lampalar tamamilə LED texnologiyası ilə əvəz olunub. Bu dəyişikliklə "köhlən atlar" yaşıl enerji istifadəsini təşviq etməklə həm qənaətə nail olub, həm də ətraf mühitə zərəri azaldıblar.

Əvvəlki sistemdə hər projektor orta hesabla 1000 watt enerji sərf edirdisə, LED lampalar bu göstəricini 300–400 watt civarına endirib. Bu isə hər istifadə zamanı təxminən 60%-ə qədər enerji qənaəti deməkdir. Sözügedən addım ildə 2 tona yaxın CO₂ emissiyasının qarşısı almağa imkan verəcək (1 kWh enerji üçün orta hesabla 0.283 kg CO₂ nəzərə alınsa).





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO