Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bizim.Media xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmə Azər Qasımlının həbs qətimkan tədbirinin 2 ay müddətinə uzadılması barədə qərar verib.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir. (APA)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 03.04.2025
Azər Qasımlının həbs müddəti uzadıldı
Hazırda oxunan: Azər Qasımlının həbs müddəti uzadıldı
Hazırda oxunan: Azər Qasımlının həbs müddəti uzadıldı
242191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.