Turşudan zəhərlənən 24 yaşlı qızın SON DURUMU

Turşudan zəhərlənən 24 yaşlı qızın SON DURUMU

Hazırda oxunan: Turşudan zəhərlənən 24 yaşlı qızın SON DURUMU

242185

Pomidor turşusundan zəhərdiyi bildirilən Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü X. Bayramovanın müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasından biliriblər.

Qeyd olunub ki, 03.04.2025-ci il tarixində saat 02:10 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

“Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər, botulizm şübhəsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır” deyə tibb müəssisəsindən bildiriblər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO