Xaçmazda avtomobili ilə piyadanı öldürən sürücünün adı AÇIQLANDI - FOTO

Xaçmazda avtomobili ilə piyadanı öldürən sürücünün adı AÇIQLANDI - FOTO

Hazırda oxunan: Xaçmazda avtomobili ilə piyadanı öldürən sürücünün adı AÇIQLANDI - FOTO

242160

Xəbər vediyimiz kimi, ötən gecə Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qəzada həyatını itirən piyada, 41 yaşlı Ağaşərif Əzizovu vuran nəqliyyat vasitəsi və sürücüsü məlum olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, Bakı şəhər sakini, 47 yaşlı Soltan Bəbir oğlu Musayevdir. 

O, idarə etdiyi "Mitsubishi" markalı avtomaşınla piyada Ağaşərif Əzizovu vurub. 

Rayonun Cığatay-Niyazabad kənd yolunda baş verən qəzanın təfərrüatlarını Xaçmaz rayon polis şöbəsi araşdırır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO