Yaponiya güclü zəlzələ və sunamiyə hazırlaşır, 300 minə qədər insan ölə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters”məlumat yayıb.
Səlahiyyətlilərə görə, Nankay xəndəkində 80% ehtimalla 8-9 bal gücündə zəlzələ baş verəcək. Güclü təkanlardan sonra dalğaları 30 metrdən çox olan sunami Yaponiyanın şərq sahillərini vuracaq.
Bildirilib ki, fəlakət son illərin ən dağıdıcısı hadisəsi olacaq. Hökumət iqtisadi zərərin 1,81 trilyon dollara çata biləcəyini təxmin edir.
Nəşr qeyd edir ki, bir milyondan çox insan təxliyə edilməli olacaq. Bu, Yaponiyanın ümumi əhalisinin 1%-ni təşkil edir.
Bizim.Media