Malayziyanın Selangor əyalətində yaşayış məntəqələrinə yaxın ərazidən keçən təbii qaz kəməri partlayıb.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 112 nəfər xəsarət alıb.
Yaşayış məntəqələrinə yaxın ərazidən keçən təbii qaz kəmərində baş verən partlayışdan sonra başlayan və saatlarla davam edən yanğın ətrafdakı evlərə və avtomobillərə keçib.
Hadisə yerinə gələn yanğınsöndürənlər ərazidə yaşayan insanları təxliyə etməyə başlasa da, 112 nəfər xəsarət alıb, 49 evə ziyan dəyib.
Selangor əyalətinin səlahiyyətliləri Putra Heights məscidinin fövqəladə mərkəz elan edildiyini açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:56 / 01.04.2025
Qaz kəməri PARTLADI: 112 yaralı var - FOTO/VİDEO
Hazırda oxunan: Qaz kəməri PARTLADI: 112 yaralı var - FOTO/VİDEO
Hazırda oxunan: Qaz kəməri PARTLADI: 112 yaralı var - FOTO/VİDEO
241869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.