Sübhan Bəkirov Pakistanın Hərbi Dəniz Akademiyasında - FOTO

Sübhan Bəkirov Pakistanın Hərbi Dəniz Akademiyasında - FOTO

Hazırda oxunan: Sübhan Bəkirov Pakistanın Hərbi Dəniz Akademiyasında - FOTO

24172

İyunun 9-da Pakistanın Lahor şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovla Pakistan Hərbi Dəniz Akademiyasının rəisi kontr-admiral Məhəmməd Zubair Şafiq arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkənin HDQ-i arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Kontr-admiral Məhəmməd Zubair Şafiq Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO