“İstehlakçılar hər dəfə tərəzidə 50-100 qram aldadılır”- SENSASİON İDDİA

“İstehlakçılar hər dəfə tərəzidə 50-100 qram aldadılır”- SENSASİON İDDİA

Hazırda oxunan: “İstehlakçılar hər dəfə tərəzidə 50-100 qram aldadılır”- SENSASİON İDDİA

241506

Bir zamanlar dükan-bazarda olan tərəzilərə dövlətin müvafiq qurumları nəzarət edirdi. Bütün nəzarətlərə və cəza tədbirlərinə rəğmən tərəzidə aldadılmaq adi hal idi. 

Hazırda bu məsələ gündəm mövzusu deyil. Çünki bütün ticarət obyektlərində elektron tərəzilər quraşdırılıb. 

Bəs, bu tərəzilərə hansısa bir nəzarət varmı?

Suala Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, tərəzilərin yoxlanılması könüllüdür:

“Heç bir dövlət orqanının ixtiyarı yoxdur ki, gəlib tərəziləri yoxlasın. Ancaq Nazirlər Kabinetinin 94 saylı qərarına görə ticarət şəbəkələrində nəzarət tərəziləri qoyulmalıdır və çəki ilə bağlı şübhəsi olan istehlakçı aldığı malı həmin tərəzidə çəkə bilər. Bu məsələ ticarət şəbəkəsinin insafına qalıb. 

Heç Standartlaşdırma və Metrologiya İnstitutunun da ixtiyarı yoxdur ki, gəlib həmin tərəziləri yoxlasın. Bu sahəyə nəzarətin olmaması böyük ölçüdə istehlakçı hüquqlarının pozulmasına şərait yaradır. Ümumilikdə, Azərbaycandakı istehlakçılar məhz tərəzilərə nəzarətin olmaması səbəbi ilə hər malda 50-100 qram aldadılır”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO