Ronald Reyqanın keçmiş müşaviri Putindən vətəndaşlıq istədi - VİDEO

Ronald Reyqanın keçmiş müşaviri Putindən vətəndaşlıq istədi - VİDEO

Hazırda oxunan: Ronald Reyqanın keçmiş müşaviri Putindən vətəndaşlıq istədi - VİDEO

24143

ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, prezident Ronald Reyqanın sabiq müşaviri Syuzanna Massi Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən ona Rusiya vətəndaşlığı verilməsini istəyib.

Bizim.Media xəbər verir ki, Massi bunu NTV kanalının efirində deyib.

"Prezident Vladimir Vladimiroviç mənə Rusiya vətəndaşlığı vermək imkanı taparsa, bu, mənim üçün şərəf olacaq", deyə o, qeyd edib.

Massi iddia edir ki, uzun illər ömrünü ABŞ və Rusiya xalqlarının bir-birinə yaxınlaşmasına həsr edib: “İndi də bu missiyasını davam etdirmək üçün Rusiya Federasiyasında qalmaq istəyirəm”.

Onun fikrincə, ABŞ-da böyük ehtimalla, xain hesab ediləcək:

“Nə deyəcəklərini bilirəm: “xain” adlandırılacağam. Mən Amerikaya qarşı olmuşam”.

Qeyd edək ki, Syuzanna Massi 1931-ci ildə Nyu-Yorkda anadan olub. Vassarsk Kollecini bitirib, eyni zamanda Parisdəki Sorbonn və Siyasi Araşdırmalar İnstitutunda təhsil alıb. 1984-1988-ci illərdə ABŞ prezidenti Ronald Reyqanın Sovet məsələləri üzrə müşaviri olub.

Massi Reyqanın onunla ən azı 17 dəfə təkbətək görüşdüyünü söyləyib. ABŞ prezidenti Massidən rus mədəniyyəti barədə soruşub. Amerika diplomatiyasının devizi olan “Etibar et, ancaq yoxla” kəlməsini ondan öyrənib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO