Tailanddakı zəlzələdə zərərçəkənlər arasında azərbaycanlılar var? – RƏSMİ AÇIQLAMA

Tailanddakı zəlzələdə zərərçəkənlər arasında azərbaycanlılar var? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Tailanddakı zəlzələdə zərərçəkənlər arasında azərbaycanlılar var? – RƏSMİ AÇIQLAMA

241293

Xəbər verdiyimiz kimi, Tailandda 7,7 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, zəlzələnin ocağı 10 km dərinlikdə olub.
 

MÖVZU İLƏ BAĞLI:

Banqkokda fövqəladə vəziyyət ELAN EDİLDİ - VİDEO


Yeraltı təkanlar həmçinin Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.

Nəzərə alaq ki, Tailand bu aylarda turistlərin ən çox üz tutduğu ölkələrdən biridir. Novruz tətilində çoxsaylı soydaşlarımız da istirahət üçün Tailandı seçib. Bu mənada baş verən güclü zəlzələ hər kəs və eləcə də soydaşlarımızın həyatı üçün də ciddi təhlükə yaradıb.

Hələlik zəlzələnin nəticələri və oradakı soydaşlarımızın durumu barədə hər hansı bir rəsmi məlumat yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə Bizim.Media-ya açıqlamasında bildirdi ki, hadisə barədə ölkəmizin Tailanddakı səfirliyinə tövsiyələr verilib:

"Daha ətraflı məlumat isə, yaxın saatlarda açıqlanacaq".

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO