Bakıda yetkinlik yaşına çatmayan və evdən qaçdığı bildirilən 3 rəfiqədən sonuncusu da “tapılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.
Agentlik 3-cü qızın anası ilə əlaqə saxlayıb və məlum olub ki, X.O.-nun ümumiyyətlə evdən qaçdığı barədə xəbər yalandır.
Qızın anası onlardan qisas almaq üçün kimlərinsə bu cür məlumat yaydıqlarını bildirib:
“Qızlar bir-birilərini tanımırlar, sadəcə qonşuluqda yaşayırlar. Mənim qızım evdə olub, onlar hara gediblər, bilmirəm, maraqlanmıram da. Qızım yanımda ola-ola onun şəkillərini də yayıblar. Hazırda evdədir, hadisədən sonra polisə apardım ki, övladımın yanımda olduğu barədə onları məlumatlandırım”.
Ana bildirib ki, qızı 7-ci sinifdə oxuyur:
“Mən də müraciət edirəm ki, bunu kim edibsə, özünü yığışdırsın. Bilmirəm nə məqsədlə edilib. Bütün qohumlar gəlib soruşurlar ki, bu nə xəbərdir. Deyirəm uşaq ilk gündən evdədir”.
Qeyd edək ki, 17 martda itkin düşdüyü bildirilən rəfiqələrdən 2-si tapılmışdı.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:07 / 27.03.2025
Evdən “qaçan” 3-cü qız da “tapıldı”
Hazırda oxunan: Evdən “qaçan” 3-cü qız da “tapıldı”
Hazırda oxunan: Evdən “qaçan” 3-cü qız da “tapıldı”
241246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.