Pakistan generalı ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı arasında mühüm görüş SON DƏQİQƏ 

Pakistan generalı ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı arasında mühüm görüş SON DƏQİQƏ 

Hazırda oxunan: Pakistan generalı ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı arasında mühüm görüş SON DƏQİQƏ 

24123

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Pakistan Ermənistanı dövlət kimi tanımadığını BƏYAN ETDİ


Pakistanın Quru Qoşunları komandanı ölkəsinin azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Kontr-admiral S.Bəkirov Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını Pakistan Quru Qoşunları komandanına çatdırıb və ölkəmizin Pakistan ilə hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Sonra tərəflər hərbi sahədə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO