Rusiyalı jurnalist Belqorodda həlak oldu - FOTO/VİDEO

Rusiyalı jurnalist Belqorodda həlak oldu - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyalı jurnalist Belqorodda həlak oldu - FOTO/VİDEO

241062

Rusiyanın "Birinci kanal"ının hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı bloqer Vladimir Romanov öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, jurnalist martın 26-da vəzifə borcunu yerinə yetirərkən həyatını itirib.

Bloqerin sözlərinə görə, Prokofyeva Krasnoyarsk vilayətinin Demidovka şəhərində işləyirdi.

Müxbirin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Anna Prokofyeva ölümündən öncə "Telegram" kanalında hərbi geyimdə son fotosunu yayımlayıb.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO