Lənkəranda itkin düşən, İranda meyiti tapılan balıqçının nəşi Azərbaycana bu tarixdə təhvil veriləcək - VİDEO

Lənkəranda itkin düşən, İranda meyiti tapılan balıqçının nəşi Azərbaycana bu tarixdə təhvil veriləcək - VİDEO

Hazırda oxunan: Lənkəranda itkin düşən, İranda meyiti tapılan balıqçının nəşi Azərbaycana bu tarixdə təhvil veriləcək - VİDEO

240961

Xəbər verildiyi kimi Lənkərandan itkin düşən balıqçı Mahmud İbayevin cəsədi İranın Bəndər-Ənzəli şəhərində tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mahmud İbayevin qardaşı Rəşad İbayev artıq İran tərəfdədir və qardaşının meyitini tapmış balıqçı Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyit Kəpurçay sahilində, suyun 25 metr dərinliyində aşkar olunub. 

Qeyd edib ki, meyitin üzündə qaralma olsa da, bədəni sağlam idi və qayığa qoyulub çölə gətirilib.

Polisə məlumat verildikdən sonra cəsəd aidiyyəti qurumlara təhvil verilib. Rəşad İbayev, qardaşının meyitini tapdığı üçün Səid Hadianiyə təşəkkür edib və bu cür hadisələrin bir daha baş verməməsini diləyib. Sabaha meyitin Azərbaycana təhvil verilməsi nəzərdə tutulur.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO