Məşhur futbolçuda vərəm AŞKARLANDI

Məşhur futbolçuda vərəm AŞKARLANDI

Hazırda oxunan: Məşhur futbolçuda vərəm AŞKARLANDI

240899

PSV-yə yeni qoşulan ispaniyalı futbolçusu Lukas Peres ciddi problemlə üzləşib: ona vərəm diaqnozu qoyulub.

Bizim.Media "De Telegraaf"a istinadən xəbər verir ki, xəstəlik onun Niderland klubuna transferindən cəmi bir ay sonra aşkarlanıb.

Vinger ən azı dörd həftəlik təcrid də daxil olmaqla, uzun müddət yaşıl meydanlardan kənar qala bilər.

Peres fevralın sonunda PSV ilə qısamüddətli müqavilə imzalayəb və ümumilikdə 24 dəqiqə oynayaraq komandanın heyətində cəmi iki matç keçirib. İndi xəstəliyi səbəbindən onun mövsümün qalan hissəsində iştirakı sual altındadır.

Peres daha çox oynamaq üçün "Deportivo La Koruna"dan PSV-yə keçsə də, xəstəlik onun Erediviziyada özünü göstərməsinə mane ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO