“Heç kim özünün pis fotosunu bəyənmir” - Tramp

“Heç kim özünün pis fotosunu bəyənmir” - Tramp

Hazırda oxunan: “Heç kim özünün pis fotosunu bəyənmir” - Tramp

240865

ABŞ prezidenti Donald Tramp Kolorado ştatının Kapitolunda portretinin qəsdən eybəcərləşdirildiyini iddia edərək onun götürülməsini tələb edib.

Bizim.Media xəbər verir ki, o, “Truth Social” sosial şəbəkə hesabında etdiyi paylaşımında Kolorado Kapitolinin binasındakı portretinə münasibət bildirib.

“Heç kim özünün pis şəklini və ya fotosunu bəyənmir. Rəssam eyni zamanda Barak Obamanı da çəkib və o, əla görünür. Amma mənimki həqiqətən ən pisidir. Deyəsən rəssam yaşa dolduqca istedadını da itirib. İstənilən halda, bu şəkilə sahib olmaqdansa, şəklin olmamasına üstünlük verərdim. Koloradoda bir çox insan bundan qəzəblənib və şikayətlənib”, - paylaşımda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO