Bu şəxslərin şəkərli diabet olma riski DAHA YÜKSƏKDİR

Bu şəxslərin şəkərli diabet olma riski DAHA YÜKSƏKDİR

Hazırda oxunan: Bu şəxslərin şəkərli diabet olma riski DAHA YÜKSƏKDİR

240818

Şəkərli diabet şirniyyatların həddindən artıq istehlakından deyil, onların təhrik edə biləcəyi artıq çəkidən yaranır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin terapiya kafedrasının professoru Oksana Pivovarova məlumat verib.

Onun fikrincə, bədən çəkisi əsas rol oynadığından şəkər qəbulunun özünün birbaşa bu xəstəliyə səbəb olduğunu düşünmək səhvdir.
 

“Diabet qan şəkəri səviyyəsinin çox yüksək olduğu bir vəziyyət olduğundan, xəstəliyin çox şəkər yeməkdən qaynaqlandığını güman etmək asandır. Şəkərli qidaların və içkilərin çoxlu kalori ehtiva etdiyi bilinir ki, bu da çəki artımına səbəb olur. Bədən kütləsinin yüksək olması, öz növbəsində, insulin müqavimətinin və buna görə də diabetin inkişaf riskini artırır”,- deyə Pivovarova izah etdi.


Mütəxəssis onu da qeyd edib ki, şirniyyata həvəs şəkər xəstəliyinin əlaməti deyil. Onun sözlərinə görə, bu, bədənin enerji ehtiyacının artması ilə bağlı ola bilər.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO