Dövlətə məxsus “Azərizolit” MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.
O, bundan əvvəl də – 2024-cü ilin fevral ayına qədər “Azərizolit”ə rəhbərlik edib.
Nizamnamə kapitalı 10 milyon manata yaxın olan “Azərizolit” 2023-cü ilin avqust ayına qədər “ASK İzolit” adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:51 / 24.03.2025
Dövlətə məxsus şirkətin rəhbəri dəyişdi
Hazırda oxunan: Dövlətə məxsus şirkətin rəhbəri dəyişdi
Hazırda oxunan: Dövlətə məxsus şirkətin rəhbəri dəyişdi
240800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.