Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Vladimir Romanov Telegramda yazıb.
Kəndin havadan aktual videogörüntüsünü paylaşmış bloger Rusiya qoşunlarının ərazini tərk etdiyini açıqlayıb: “Demidovka, Belqorod vilayəti. Hazırda düşmən tərəfindən zəbt edilib. Onu saxlayanlar sadəcə olaraq atıb gediblər. Düşmən minatəmizləmə işləri apararaq keçid aça biliblər. Vəssalam, düşmən buradadır”.
Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın Kursk vilayətinə hücum edən USQ regionun təqribən min kvadratkilometr sahəsini, o cümlədən Suca rayonunun eyniadlı mərkəzini, habelə bir neçə kəndi ələ keçirə bilmişdi. Mart ayında Ukrayna ordusu Kursk vilayətindən geri çəkilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:49 / 23.03.2025
Ukrayna Rusiyada Belqorod vilayətinin kəndini ələ keçirdi
Hazırda oxunan: Ukrayna Rusiyada Belqorod vilayətinin kəndini ələ keçirdi
Hazırda oxunan: Ukrayna Rusiyada Belqorod vilayətinin kəndini ələ keçirdi
240731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.