İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri AÇIQLANDI

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri AÇIQLANDI

Hazırda oxunan: İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri AÇIQLANDI

240679

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu bələdiyyə ilə bağlı aparılan "korrupsiya" araşdırmasında təqsirli bilinərək məsuliyyətə cəlb olunub, lakin onun “silahlı terror təşkilatına yardım” ittihamı ilə həbsinə dair tələb məhkəmə tərəfindən rədd edilib.

Bizim.Media xəbər verir ki, bu ifadələr İstanbul Respublika Baş Prokurorluğunun İBB ilə bağlı aparılan istintaqların nəticələrinə dair açıqlamasında yer alıb.
 

Bildirilib ki, İmamoğlunun həbsi ilə bağlı verilən qərarda “cinayət təşkilatı qurmaq və idarə etmək”, “rüşvət almaq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz mənfəət əldə etmək”, “qanuna zidd olaraq şəxsi məlumatların qeydə alınması” və “tenderlərə qanunsuz müdaxilə” kimi maddələr yer alır.


Məhkəmədə alınan qərara görə, "korrupsiya" cinayətləri üzrə həbs olunanlar arasında bələdiyyənin mətbuat, nəşr və təbliğat xidmətlərindən cavabdeh qurumu “Media AŞ”nin İdarə Heyətinin sədri Murat Ongun və İmamoğlu İnşaat Şirkətinin baş direktoru Tuncay Yılmaz da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO