Zaqataladakı yanğının TƏFƏRRÜATI - FOTO

Zaqataladakı yanğının TƏFƏRRÜATI - FOTO

Hazırda oxunan: Zaqataladakı yanğının TƏFƏRRÜATI - FOTO

240639

Xəbər verdiyimiz kimi, Zaqatala rayonunun Muxax kəndində, kənd sakini 85 yaşlı Gözəl Ömərovaya məxsus, ümumi sahəsi 150 kvadratmetr olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada 53 yaşlı qadın evində YANDI


Yanğın nəticəsində evin dam örtüyünün 100 kvadratmetrlik  sahəsinin və bir otağının 50 kvadratmerlik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. 

Yanğın kəşfiyatı zamanı ev sahibəsinin qızı 53 yaşlı  Arzu Ömərovanın yanmış meyiti aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. 

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.








Tural Rasimoğlu,  Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO