İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan məşhur türkiyəli sənətçi, müğənni Ercan Saatçi hakimin əmri ilə azadlığa çıxıb.
Bizim.Media xəbər verir ki, istintaq çərçivəsində saxlanılan Əhməd Palazoğlu və Alihan Aydın da sərbəst buraxılıb.
Məlumata görə, 57 yaşlı Ercan Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı səbəbə görə saxlanılmışdı.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər şübhəli şəxslər “cinayətkar təşkilata rəhbərlik”, “cinayətkar təşkilata üzvlük”, “korrupsiya”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “tenderi saxtalaşdırma” cinayətlərində və “PKK/KCK terror təşkilatına yardım” etməkdə şübhəli bilinirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:42 / 23.03.2025
İstanbulda müğənni Ercan Saatçi azadlığa buraxıldı
Hazırda oxunan: İstanbulda müğənni Ercan Saatçi azadlığa buraxıldı
Hazırda oxunan: İstanbulda müğənni Ercan Saatçi azadlığa buraxıldı
240632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.