Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada COVID-19-la mübarizə məqsədilə noyabrın 13-dən etibarən bir sıra məhdudiyyətlər tətbiq olunacaq:
Saat 23:00-dan 6:00-dək iaşə obyektlərinin (restoran, kafe, bar) fəaliyyəti dayandırılır. Bu çatdırılma xidmətlərinə şamil olunmur.
Universitet və kolleclərdə tədris distant formada həyata keçiriləcək. Tələbələrin nəqliyyat kartları müvəqqəti olaraq bloklanacaq.
Teatr, kinoteatr və konsert zallarının tutumu yüzdə 25-ə endirildi.
Mədəni, əyləncəli tədbirlərin keçirilməsi müvəqqəti dayandırılıb. Bu icra orqanlarının rəsmi tədbirlərinə şamil edilmir.
Qapalı yerlərdə uşaq düşərgələri və əyləncə mərkəzlərinin işi dayandırılıb.
Məhdudiyyətlər 13 noyabr - 15 yanvar 2021-ci il tarixləri arasında tətbiq edilir.
Qaydalara əməl etməyənlər cərimə olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:40 / 10.11.2020
Moskvada karantin rejimi sərtləşdirildi
Hazırda oxunan: Moskvada karantin rejimi sərtləşdirildi
Hazırda oxunan: Moskvada karantin rejimi sərtləşdirildi
2403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.