Bosniya və Herseqovina parlamentariləri Azərbaycana gəldi

Bosniya və Herseqovina parlamentariləri Azərbaycana gəldi

Hazırda oxunan: Bosniya və Herseqovina parlamentariləri Azərbaycana gəldi

23967

İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Bosniya və Herseqovina ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Bosniya və Herseqovina Parlament nümayəndə heyəti Azərbaycan rəsmləri ilə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər iyunun 10-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO