Ermənistanda erkən seçkilər üçün seçki kampaniyası başladı - SİYAHI

Ermənistanda erkən seçkilər üçün seçki kampaniyası başladı - SİYAHI

Hazırda oxunan: Ermənistanda erkən seçkilər üçün seçki kampaniyası başladı - SİYAHI

23887

7 iyun tarixində Ermənistanda erkən parlament seçkiləri üçün seçkiqabağı təşviqat rəsmi olaraq başladılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə yazır ki, təşviqat kampaniyası 18 iyuna qədər davam edəcək. Fövqəladə parlament seçkiləri iyunun 20-də keçiriləcək. Elektron səsvermə 11 iyunda başlayacaq və 13 iyuna qədər davam edəcək.

Seçkilərdə 22 partiya və 4 blok olmaqla 26 siyasi qüvvə iştirak edir:

1. "Ədalətli Ermənistan" partiyası,

2. Erməni Milli Konqresi,

3. “Vətəndaş müqaviləsi" partiyası,

4. "Zartonk" Milli Xristian partiyası,

5. "Azadlıq" partiyası,

6. "Mənim şərəfim var" bloku,

7. "Birləşmiş Vətən" partiyası,

8. "Ümumerməni Milli Dövlətçiliyi" partiyası,

9. "Parlaq Ermənistan" partiyası,

10. "Evimiz Ermənistandır" partiyası,

11. "Respublika" partiyası,

12. "Erməni Vətəni" partiyası,

13. "Azad Vətən" bloku,

14. "Çiçəklənən Ermənistan" partiyası,

15. Ermənistan Demokratik Partiyası,

16. "Milli Mühafizəkar Hərəkat 5165" partiyası,

17. "Vətəndaşın qərarı" partiyası

18. "Şirinyan-Babacanyan Demokratlar Bloku",

19. "Milli Gündəm" partiyası

20. "Verelk" partiyası,

21. "Liberal" partiyası,

22. "Erməni Qartalları - Birləşmiş Ermənistan" partiyası,

23. "Ermənistanın Avropa Partiyası",

24. "Ermənistan" bloku,

25. "Milli Demokratik Qütb" partiyası,

26. "Suveren Ermənistan" partiyası.

Seçkilərdən imtina etmək üçün müraciətlər 10 iyuna qədər təqdim edilə bilər.

Seçki məntəqələrində olan seçicilər yalnız bir siyasi qüvvəni seçmək üçün bülleten almalı, zərfə qoymalı və seçki qutusuna atmalıdır. 

Seçicilər qələmlə seçki bülletenində heç bir iz qoymamalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO