2 saylı Qadın Məsləhətxanasından ŞİKAYƏT – İstilik yoxdur, həkimlər üst geyimdə xidmət göstərir

2 saylı Qadın Məsləhətxanasından ŞİKAYƏT – İstilik yoxdur, həkimlər üst geyimdə xidmət göstərir

Hazırda oxunan: 2 saylı Qadın Məsləhətxanasından ŞİKAYƏT – İstilik yoxdur, həkimlər üst geyimdə xidmət göstərir

237793

Bakı şəhəri, Yasamal rayonunda yerləşən 2 saylı Qadın Məsləhətxanasındakı həkim və xəstələr istilik sisteminin olmamasından şikayətlənirlər.

İşçilər Axar.az-a müəssisənin köhnə olduğunu, bu səbəbdən əlavə qızdırıcıdan istifadənin yanğın təhlükəsi yarada biləcəyini qeyd ediblər.

Müəssisə ilə əlaqə saxladıq. Həkimlər bu durumun onların işini yerinə yetirməyə mane olduğunu və müayinəni belə üst geyimdə etməyə məcbur olduqlarını bizə bildirdilər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin təmir olunması gözlənilir:

“Bakı Baş Səhiyyə Mərkəzindən bildirilib ki, 2025-ci il təmir planına uyğun olaraq 2 nömrəli Qadın Məsləhətxanası cari təmirə cəlb olunub. Cari il ərzində tibb müəssisəsinin təmir olunması, istilik sisteminin yenidən qurulması nəzərdə tutulub”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO