“Biz proqramı yayımladıq, komandamızın demək olar ki, bütün üzvlərini təqdim etdik.
Biliklərimiz, idarəetmə bacarıqlarımız var, bunu yaxın keçmişdə sübut etdik və məsuliyyəti indi, bu çətin anda götürməyə hazırıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan İrəvanın inzibati rayonları olan Açapnyak və Davidaşendə yaşayan sakinlərlə görüşündə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Robert Köçəryan: “Paşinyan üçün bütün iş adamları oğru və dələduzdur”
Son günlərdə alyansın müxtəlif icmalarda və bölgələrdə keçirdiyi görüşlərdən sonra sabiq prezident əhalini ən çox narahat edən əsas məsələlərdən də danışıb.
“Bu gün insanları narahat edən məsələləri 3 qrupa bölə bilərəm: ölkənin sərhədləri və vətəndaşların təhlükəsizliyi məsələsi. Bu gün İrəvanda da təhlükəlidir. Pisləşən iqtisadi vəziyyət, artan işsizlik və yoxsulluq, nəhəng miqrasiya və cəmiyyətin qütbləşməsi, əhali içərisində eqoist düşmənçilik insanların qeyri-müəyyənliyinə və narahatçılıq keçirməsinə səbəb olur. Bu da öz növbəsində depressiyaya gətirib çıxarır və mühacirəti təşviq edir. Mövcud orqanlar bu problemləri həll edə bilmirlər, çünki onlar bunun mənbəyidirlər.
Xalq qarşısında vacib bir sual durur: hansı siyasi komanda bu məsələləri həll edə bilər? Bu komanda tam olaraq bizim “Ermənistan” blokumuzdur”, deyə Köçəryan bildirib.
“Bu gün komandalarımız artıq işimizə, cəsarətimizə, hadisələrin miqyasına görə hökumət kimi işlədiyimizə inanırlar.
Bu gün diktə edirik və gündəliyi formalaşdırırıq. Biz doğru yoldayıq və güclü bir Ermənistana doğru irəliləyirik”. Robert Köçəryan vurğulayıb.
“Mənə qarşı yalanlar yayan səlahiyyətlilərin hərəkətləri son dərəcə absurddur. 8-ci sinifdə iki dəfə dərsdən qaçdığımı desələr təəccüblənmərəm”, deyə o, qeyd edib.
Bizim.Media